Elşən Əzimdən bir neçə şeir

els

SƏN HARDA ÖLMÜSƏN, ÖLÜM MƏLƏYİ

 

Hardasa dünyanın sökülüb üstü,

Yerə əzab damır, zülüm tökülür.

Mənədən yuxarıda mən alışıram,

Yenə öz başıma külüm tökülür.

 

Evə yorğun dönüb, üzgün gəlirəm,

Əəsəbi gəlirəm, qızğın gəlirəm.

Əli ətəyindən uzun gəlirəm,

Hər gün boş cibimə əlim tökülür.

 

Qarşıma taleyin yazdığı çıxır,

Gözümün önünə göz dağı çıxır.

Demirəm sinəmin cızdağı çıxır,

Deyirəm od tutub dilim tökülür.

 

Bir yarpaq söz imiş dilin mələyi,

Şan qoyan arıdı gülün mələyi.

Sən harda ölmüsən, ölüm mələyi,

Tez gəl üz-gözümdən ölüm tökülür.

 

 

 

 

ZAMAN VƏ MƏN

 

Əzəldən səhv edib düz yola düşdüm,

Düz yolun enişi, yoxuşu olmur.

Olmur bir ağacı kölgələnməyə,

Bir bulaq  başına çıxışı olmur.

 

Qəlbimdən atdığım arzular düşüb-

küçəyə

sahibsiz uşaqlar kimi.

Yetə bilmədiyim diləklərim var.

Gedə bilmədiyim uzaqlar kimi.

 

Məni kim eşidə, kim eşitməyə,

Yox olub harayım, sədam, tapmıram.

Od-ocaq tapıram əl isitməyə,

Ürək qızdırmağa adam tapmıram.

 

Mən bir salxım buzam, bir çınqı odam,

Mənim bu dünyayla sözüm ki, tutmaz.

Zaman çətin zaman, mən çətin adam,

Nə illah eləsək bizimki tutmaz.

 

 

 

 

 

QAYĞILAR QAĞAYI KİMİ…

 

Ömrə baş vurmuram, günüm-

Keçir ömrün sahilində.

Zamanı çəkir başına,

Içir ömrün sahilində.

 

Bu da məndə bir qaydadı,

Payım-püşküm o taydadı.

Ümidim uşaq boydadı,

Qaçır ömrün sahilində.

 

Vaxt satdı havayı kimi?

Tək məndən savayı kimi?

Qayğılar qağayı kimi-

Uçur ömrün sahilində.

 

21.01.2013

 

 

 

 

 

 

****

Hamı məndən küsüb gedir

Çəkilir xəyallara.

Baxışlar ayrı düşəndə

Dikilir xəyallara.

 

Sən niyə küsdün, ey niyə,

Qaldım gynəyə-göynəyə.

Yollar saplanır iynəyə,

Tikilir xəyallara.

 

Demə ömrün sürüb olür,

Vaxtı bada verib ölür.

Qız, burda bir qərib ölür,

Bükülür xəyallara.

 

 

 

 

****

Əriyirəm ha yağsam da qar kimi,

Bu daş, dəmir günlərimin üstünə.

Fikrim sıxır ürəyimi nar kimi,

Qanım damır günlərimin üstünə.

 

Sürtük üzlü çay daşıdı günlərim,

Bu çaylarda dayanar su, axar daş.

Məni yaman çox yaşadı günlərim,

Mən gün görüb yaşamadım, a qardaş.

 

Mən bu ömrün dodağında zəhərəm,

Çəkir məni siqar kimi, qəm kimi.

Mən bu ömrün boğazında qəhərəm,

Görək çıxır axırına kim kimin?

 

1.04.13

 

 

 

 

***

Dağ dərdi yandırıb çəkir,

Dumanı başından çıxır.

Sinəsindən qopan ahı,

Amanı başından çıxır.

 

Dağ dərdi yandırıb çəkir

Dumanı düzə sürünür.

Duman içində bir ilan

Görünmür, sözə sürünür.

 

Söz də ilan dili kimi

Dil ucunda haçalanır.

Haça sözlər arasında

Bir bütöv söz qayçılanır.

 

Dağ dərdi yandırıb çəkir

Yerə dərdin közü düşür.

Bu közün işartısına

Bir körpənin gözü düşür.

 

Hələ yanıq nədi bilmir,

“cızz” deyin əlini çəksin.

Aldanıb bu gözəlliyə

Tez deyin əlini çəksin.

 

 

 

 

****

Sahibsiz ev kimiyəm
hamı məndən köçüb-gedib.
Ürəyim
yazı masasının boş qalmış sürməsi,
vücudum
ölü bir sevginin türbəsi.

boynubükük küçə fanarı kimiyəm
işığımda gecə böcəkləri uçuşur,
ayağım altdakı səkilərdə
küçə itləri qaçışır.

09.06.13

 

 

 

***

Bir boy ucalmaq istədim,

Düşdüm özümdən aşağı.

Məni bir otaq gözləyir,

Hələ izimdən aşağı.

 

Əsəbim bir himə bənddi,

Bu dünyaya nabələddi.

Sözüm ahıma bülənddi,

Mənəm sözümdən aşağı.

 

Güney qarı tez əriyir,

Sazağında köz əriyir.

Yaddaşımdan buz əriyir,

Axır gözümdən aşağı.

 

27.07.13

 

 

ÖZÜMƏ

Bəlkə də bu şeir qu nəğməsidi

 

Dəyişib donunu xeyir də, şər də,

Sən görən şər köhnə, xeyir köhnədi.

Təzə soz deyəndə öyünmək olmur,

Balaca bir uşaq deyir köhnədi.

 

Get-gedə soyuyur əlində qələm,

əlinin “işığı” cibinə düşür.

Küçə fanarısan yol qırağında,

Nurun səpələnib dibinə düşür.

 

Ötmür səs qapıdan, soraq qapıdan

Daha şeir yazmaq əyyamı keçdi.

Əyilib keçmirdin alçaq qapıdan,

Ta sən da başını əy, hamı keçdi.

 

Sözü bir ovxarlı qılınc bilirdin,

Nə olsun, axırda qınında qaldı.

Gəlib arzuların keçdin yanından,

Arzun ötən günün yanında qaldı.

 

Sabahın pərdəsi bağlı səhnədi,

Arzudan gözündə qalanı saxla.

Daha sən yazdığın şeir köhnədi,

Özünə sənət tap, balanı saxla.

 

19.08.13

 

 

 

SƏN HARDA ÖLMÜSƏN, ÖLÜM MƏLƏYİ

 

Hardasa dünyanın sökülüb üstü,

Yerə əzab damır, zülüm tökülür.

Mənədən yuxarıda mən alışıram,

Yenə öz başıma külüm tökülür.

 

Evə yorğun dönüb, üzgün gəlirəm,

Əəsəbi gəlirəm, qızğın gəlirəm.

Əli ətəyindən uzun gəlirəm,

Hər gün boş cibimə əlim tökülür.

 

Qarşıma taleyin yazdığı çıxır,

Gözümün önünə göz dağı çıxır.

Demirəm sinəmin cızdağı çıxır,

Deyirəm od tutub dilim tökülür.

 

Bir yarpaq söz imiş dilin mələyi,

Şan qoyan arıdı gülün mələyi.

Sən harda ölmüsən, ölüm mələyi,

Tez gəl üz-gözümdən ölüm tökülür.

 

 

 

 

ZAMAN VƏ MƏN

 

Əzəldən səhv edib düz yola düşdüm,

Düz yolun enişi, yoxuşu olmur.

Olmur bir ağacı kölgələnməyə,

Bir bulaq  başına çıxışı olmur.

 

Qəlbimdən atdığım arzular düşüb-

küçəyə

sahibsiz uşaqlar kimi.

Yetə bilmədiyim diləklərim var.

Gedə bilmədiyim uzaqlar kimi.

 

Məni kim eşidə, kim eşitməyə,

Yox olub harayım, sədam, tapmıram.

Od-ocaq tapıram əl isitməyə,

Ürək qızdırmağa adam tapmıram.

 

Mən bir salxım buzam, bir çınqı odam,

Mənim bu dünyayla sözüm ki, tutmaz.

Zaman çətin zaman, mən çətin adam,

Nə illah eləsək bizimki tutmaz.

 

 

 

 

 

QAYĞILAR QAĞAYI KİMİ…

 

Ömrə baş vurmuram, günüm-

Keçir ömrün sahilində.

Zamanı çəkir başına,

Içir ömrün sahilində.

 

Bu da məndə bir qaydadı,

Payım-püşküm o taydadı.

Ümidim uşaq boydadı,

Qaçır ömrün sahilində.

 

Vaxt satdı havayı kimi?

Tək məndən savayı kimi?

Qayğılar qağayı kimi-

Uçur ömrün sahilində.

 

21.01.2013

 

 

 

 

 

 

****

Hamı məndən küsüb gedir

Çəkilir xəyallara.

Baxışlar ayrı düşəndə

Dikilir xəyallara.

 

Sən niyə küsdün, ey niyə,

Qaldım gynəyə-göynəyə.

Yollar saplanır iynəyə,

Tikilir xəyallara.

 

Demə ömrün sürüb olür,

Vaxtı bada verib ölür.

Qız, burda bir qərib ölür,

Bükülür xəyallara.

 

 

 

 

****

Əriyirəm ha yağsam da qar kimi,

Bu daş, dəmir günlərimin üstünə.

Fikrim sıxır ürəyimi nar kimi,

Qanım damır günlərimin üstünə.

 

Sürtük üzlü çay daşıdı günlərim,

Bu çaylarda dayanar su, axar daş.

Məni yaman çox yaşadı günlərim,

Mən gün görüb yaşamadım, a qardaş.

 

Mən bu ömrün dodağında zəhərəm,

Çəkir məni siqar kimi, qəm kimi.

Mən bu ömrün boğazında qəhərəm,

Görək çıxır axırına kim kimin?

 

1.04.13

 

 

 

 

***

Dağ dərdi yandırıb çəkir,

Dumanı başından çıxır.

Sinəsindən qopan ahı,

Amanı başından çıxır.

 

Dağ dərdi yandırıb çəkir

Dumanı düzə sürünür.

Duman içində bir ilan

Görünmür, sözə sürünür.

 

Söz də ilan dili kimi

Dil ucunda haçalanır.

Haça sözlər arasında

Bir bütöv söz qayçılanır.

 

Dağ dərdi yandırıb çəkir

Yerə dərdin közü düşür.

Bu közün işartısına

Bir körpənin gözü düşür.

 

Hələ yanıq nədi bilmir,

“cızz” deyin əlini çəksin.

Aldanıb bu gözəlliyə

Tez deyin əlini çəksin.

 

 

 

 

****

Sahibsiz ev kimiyəm
hamı məndən köçüb-gedib.
Ürəyim
yazı masasının boş qalmış sürməsi,
vücudum
ölü bir sevginin türbəsi.

boynubükük küçə fanarı kimiyəm
işığımda gecə böcəkləri uçuşur,
ayağım altdakı səkilərdə
küçə itləri qaçışır.

09.06.13

 

 

 

***

Bir boy ucalmaq istədim,

Düşdüm özümdən aşağı.

Məni bir otaq gözləyir,

Hələ izimdən aşağı.

 

Əsəbim bir himə bənddi,

Bu dünyaya nabələddi.

Sözüm ahıma bülənddi,

Mənəm sözümdən aşağı.

 

Güney qarı tez əriyir,

Sazağında köz əriyir.

Yaddaşımdan buz əriyir,

Axır gözümdən aşağı.

 

27.07.13

 

 

ÖZÜMƏ

Bəlkə də bu şeir qu nəğməsidi

 

Dəyişib donunu xeyir də, şər də,

Sən görən şər köhnə, xeyir köhnədi.

Təzə soz deyəndə öyünmək olmur,

Balaca bir uşaq deyir köhnədi.

 

Get-gedə soyuyur əlində qələm,

əlinin “işığı” cibinə düşür.

Küçə fanarısan yol qırağında,

Nurun səpələnib dibinə düşür.

 

Ötmür səs qapıdan, soraq qapıdan

Daha şeir yazmaq əyyamı keçdi.

Əyilib keçmirdin alçaq qapıdan,

Ta sən da başını əy, hamı keçdi.

 

Sözü bir ovxarlı qılınc bilirdin,

Nə olsun, axırda qınında qaldı.

Gəlib arzuların keçdin yanından,

Arzun ötən günün yanında qaldı.

 

Sabahın pərdəsi bağlı səhnədi,

Arzudan gözündə qalanı saxla.

Daha sən yazdığın şeir köhnədi,

Özünə sənət tap, balanı saxla.

 

19.08.13

 

 

 

    YAZI (382) DƏFƏ OXUNUB

Şərhlər

şərh

Both comments and pings are currently closed.

Yorumlar kapalı.

Aktivistplyus.com, Sayt Bahadur Qobustan tərəfindən yığılıb Əlaqə 0706486431